Bakıda qadın evdən pul oğurladı

9 Aprel 2020 12:40 (UTC+04:00)

Bakıda evdən pul oğurlayan qadın saxlanılıb.

Bu barədə Mövqe.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 4 500 manat oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini Ş.Abbasova saxlanılıb.