Azərbaycanda yeni medal təsis edilir

9 Aprel 2020 13:57 (UTC+04:00)

Azərbaycanda yeni medal təsis edilir.

Mövqe.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

"Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra təklif səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.