İnsanlığıa sığmayan əxlaqsızlıq: Bakıda 6 yaşlı uşaq zorlandı

10 İyul 2013 12:20 (UTC+04:00)

Milli.Az-ın əldə etdiyi məlumata görə, Nəsimi rayonu ərazisində 6 yaşlı uşaq gənc oğlan tərəfindən zorlanıb. 


Azyaşlının zorlanması barədə Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsinə onun anası Aytən Qasımova məlumat verib. Ana bölməyə şikayətində bildirib ki, iyulun 5-də saat 21 radələrində Nəsimi rayonu Alı Mustafayev küçəsi 30 ünvanında onun oğlu Z.Q-ov 18 yaşlı Bakı sakini Ayxan Hacıyev tərəfindən zorlanıb. 


Nəsimi RPİ-nin 20-ci polis bölməsindən Milli.Az-a bildirildi ki, hazırda ananın şikayəti araşdırılır. Faktla bağlı Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanıb.