Azərbaycanda hərbi potensialın gücləndirilməsi barədə açıqlama

9 Aprel 2020 16:04 (UTC+04:00)

"Ötən il milli iqtisadiyyatın inkişafı və dövlətin maliyyə imkanlarının genişlənməsi fonunda hərbi potensialımız və ölkəmizin müdafiə qabiliyyəti də güclənib".

Mövqe.az xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında Milli Məclis qarşısında hesabatında bildirib.

"Bu sahə daima Azərbaycan Prezidentinin və Hökumətinin ən prioritet sahəsi olaraq qalır", - deyə Baş Nazir bildirib.