“Bu il Azərbaycanın sərhəd mühafizəsində yeni hərbi hissələr fəaliyyətə başlayacaq”

10 İyul 2013 12:45 (UTC+04:00)

Bu il Azərbaycanın sərhəd mühafizəsində 6 yeni hərbi hissə xidməti döyüş fəaliyyətinə başlayacaq.


Mövqe.az-ın məlumatına görə, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) Akademiyası məzunlarının buraxılışında DSX rəisi, general-leytenant Elçin Quliyev məlumat verib.

 

E. Quliyev bildirib ki, tikinti quruculuq işləri ilə yanaşı sərhəd mühafizəsində müasir silahlar, avadanlıqlar, uçuş və üzmə vasitələri tətbiq edilir. DSX-ya həvalə edilmiş digər xüsusi tapşırıqların icrası üzrə fəaliyyətlər davam etdirilir.

 

"Bu gün əsas hədəfimiz Azərbaycan sərhədlərinin tam mühafizə altına götürülməsi, əsas məqsədimiz işğal altında olan dövlət sərhədlərinin azad edilməsidir", - deyə DSX rəisi əlavə edib.