BNA daşıyıcıların sayını 37-yə endirib

9 Aprel 2020 17:22 (UTC+04:00)

2019-cu ildə Bakı Nəqliyyat Agentliyi paytaxtın marşrut şəbəkəsində həyata keçirildiyi optimallaşdırma nəticəsində daşıyıcıların sayını 37-yə endirib. 

Mövqe.az xəbər verir ki, qurum 17 marşrutun hərəkət sxemini sakinlərin müraciəti və araşdırmalar nəticəsində optimallaşdırıb.

Eyni zamanda, 17 marşrutun hərəkət sxemində dəyişikliklər edilib. Şəhərdaxili və şəhərətrafı müntəzəm marşrutlarda nağdsız ödəniş (BakıKart) sistemi ilə işləyən avtobusların sayı 530-a çatdırılıb.