Xalq yazıçısı ilə vida mərasimi Mahnı Teatrında keçiriləcək

10 İyul 2013 12:51 (UTC+04:00)

Xalq yazıçısı Gülhüseyn Hüseynoğlu ilə vida mərasimi bu gün saat 14:00-dan 16-00-a qədər Rəşid Behbudov adına Mahnı Teatrında keçiriləcək.


Mövqe.az-ın verdiyi məlumata görə, xalq yazıçısı II Fəxri xiyabanda dəfn olunacaq.

 

Azərbaycanın xalq yazıçısı Gülhüseyn Hüseynoğlu iyulun 8-də 90 yaşında dünyasını dəyişib.