Türkiyə millisinin üzvü karantinə alındı

9 Aprel 2020 22:59 (UTC+04:00)

Türkiyə millisi və "Union Berlin"in futbolçusu Yunus Mallı evində karantinə alınıb.

Goal.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun baş məşqçisi Urs Fişer məlumat verib.

O, 28 yaşlı yarımmüdafiəçinin hazırda öz evində təcrid olunduğunu və bu səbəbdən komandanın məşqlərinə qatılmadığını bildirib. Baş məşqçi Y.Mallının koronavirusa yoluxub-yoluxmadığı barədə məlumat verməyib.