Bakı sakini etil spirtindən zəhərlənərək öldü

10 Aprel 2020 10:40 (UTC+04:00)

Bakı sakini dezinfeksiyaedici məhluldan zəhərlənib.

Mövqe.az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonunda baş verib. Belə ki, Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Dmitriy Anatolyeviç Paxlov yaşadığı evdə etil spirti içib. Spirtdən zəhərlənən D.Paxlovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.