Şəmkirdə oğurluq edən şəxs saxlanılıb

10 Aprel 2020 12:33 (UTC+04:00)

Şəmkirdə evlərdə oğurluq hadisəsi baş verib.

Bu barədə Mövqe.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən ümumilikdə 14 000 manat dəyərində qızıl-zinət əşyaları və 850 manat oğurlamaqda şübhəli bilinən Çinarlı qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Kərimov saxlanılıb.