Napoli-dən 1000 ailəyə yardım

10 Aprel 2020 14:13 (UTC+04:00)

Napoli klubu xeyirxah addımla gündəmə gəlib.

Goal.az xəbər verir ki, klub, koronavirus pandemiyası ilə mübarizə məqsədilə 1000 ailəyə qida paylayacaq. Bu barədə klubun rəsmi saytı məlumat verib.

1000 ailəyə dəstək olmaq üçün 32 ton ərzaq toplandığını bildirib. Klubun açıqlamasında bu qidaların ən çox ehtiyacı olan ailələrə göndəriləcəyi və bununla da, onları müəyyən qədər dəstəkləyəcəkləri qeyd edilib.

Bundan əvvəl Fiorentina, Juventus, İnter və Milan da pandemiya ilə mübarizə fonduna pul köçürüb.