Xəzər rayonunda aztəminatlı ailələrə yardım edilib (FOTO)

10 Aprel 2020 14:53 (UTC+04:00)

Aprelin 10-da Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı və Xəzər rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə könüllülər koronavirus (COVİD-19) infeksiyası səbəbi ilə evindən çıxa bilməyən və maddi baxımdan çətinliklə üzləşən ailələrə ərzaq ehtiyaclarını ödəmək məqsədi ilə yardım ediblər.

Bu barədə təşkilatdan Mövqe.az-a məlumat verilib.