Ağsuda gənc ana intihar etdi

10 Aprel 2020 18:57 (UTC+04:00)

Ağsuda intihar hadisəsi baş verib.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Kəndoba kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 2000-ci il təvəllüdlü Babayeva Həbibə Qədir qızı yaşadığı həyətdə olan yarımtikilidə özünü asaraq intihar edib.

Faktla bağlı Ağsu rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, mərhum ailəli idi və bir azyaşlı uşağı vardı.