Salyanda yanğın baş verib

10 Aprel 2020 21:52 (UTC+04:00)

Salyan rayonununda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, rayonun Kürsəngi kəndində ümumi sahəsi 40 m² olan tikilinin yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb