"Kim Messi ilə oynamaq istəməz?

11 Aprel 2020 20:58 (UTC+04:00)

İnter-in hücumçusu Lautaro Martinezin agenti Beto Yake futbolçusunun gələcək karyerası ilə bağlı danışıb.

Goal.az xəbər verirki, o, argentinalı forvardın Barcelona-ya mümkün keçidi barədə açıqlama verib:

"Kim Messi ilə oynamaq istəməz? O, Argentina millisində də bu xəyalını gərçəkləşdirib. Buna baxmayaraq, Martines təvazökar və təmkinli birididir. Ondan harada oynamaq istədiyini soruşsanız, heç nə deməz. Böyük klublardan gələn təkliflər onu çaşdırmır. Bu günə qədər Barcelona, Chelsea və Real Madrid ilə adı hallanıb. Ancaq hələlik rəsmi bir şey yoxdur”.