Qayınları tərəfindən döyülən şəxs xəstəxanaya yerləşdirilib

12 Aprel 2020 11:01 (UTC+04:00)

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 50 yaşlı şəxs iki qaynı tərəfindən döyülüb.

Unikal.org xəbər verir ki, hadisə Leyla Məmmədbəyli küçəsi, 29 V ünvanında baş verib.

1970-ci il təvəllüdlü Hüseynov Sərdar Qara oğlu qayınları ilə əlbəyaxa dava edib. Nəticədə S.Hüseynov üz və baş nahiyəsindən xəsarət alıb. Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.