İngiltərə körpələrə xüsusi gümüş paylayacaq

10 İyul 2013 15:35 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, İngiltərədə 2013 ailənin körpə sahibi olma sevinci "gümüş peni" ilə qeyd olunacaq.

Çünki 1127 illik Kral Xəzinəsi, Şahzadə Uilliam və həyat yoldaşı Kembric Düşesi Keytin körpəsi ilə eyni gün doğulan bütün körpələrə xüsusi istehsal edilmiş bir gümüş peni hədiyyə edəcək. Bazar dəyəri yalnız 28 sterlinq (32.6592 AZN) olan , mənəvi dəyəri yüksək olan xüsusi peni qız körpələrə çəhrayı, oğlan uşaqlarına isə mavi kisələr içində veriləcək. Kral Xəzinəsi uşağı Uilliam və Keytin körpələri kimi 13 İyulda doğulacaq ailələr üçün internet saytında müraciət səhifəsi açıb. İngiltərədə gündə orta hesabla 1983 körpə doğulur.