Çində sutka ərzində 108 nəfər koronavirusa yoluxub

13 Aprel 2020 09:30 (UTC+04:00)

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Çinin gigiyena və səhiyyə üzrə Dövlət Komitəsindən bildiriblər.

Bildirilir ki, yeni yoluxma hallarından 98-i xarici ölkələrdən qayıdan yerli vətəndaşlarda, 10-u isə yerli sakinlər arasında aşklarlanıb.

 

Məlumata əsasən, ötən sutka ərzində ölkədə 2 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Çində yeni növ koronavirsa ümumilikdə 82 160 yoluxma halı, 3 341 ölüm halı qeydə alınıb, 77 mindən artıq insan sağalıb.