Dalğıc Təlim Poliqonunda dalğıcların hazırlıq məşqləri keçirilir - VİDEO

13 Aprel 2020 11:25 (UTC+04:00)

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına uyğun olaraq Hərbi Dəniz Qüvvələrinin Dalğıc Təlim Poliqonunda dalğıcların hazırlıq məşqləri keçirilir.

Bu barədə Mövqe.az-a Müdafiə Nazirliyindən məlumat verilib. 

Döyüş koordinasiyasına nail olmaq məqsədilə keçirilən məşqlərdə hərbi qulluqçular dalğıc təhsili proqramı çərçivəsində müxtəlif spesifik məşqləri icra edir, dalğıc hazırlığı üzrə normativlər verir və sualtı döyüşün aparılması vərdişlərini təkmilləşdirirlər.

Hərbi qulluqçular müxtəlif təyinatlı maneələr zolağında döyüş, fiziki və peşə hazırlıqlarını artırırlar.