Azərbaycanda nikah və boşanma hallarının sayı məlum olub

13 Aprel 2020 13:45 (UTC+04:00)

Bu ilin ilk üç ayı ərzində Azərbaycanda nikah və boşanma hallarının sayı məlum olub.

Mövqe.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib.

Bildirilib ki, 2020-ci ilin yanvar ayında qeydiyyat orqanlarında 4 353, fevral ayında 4 027, mart ayında isə 3 931 nikah dövlət qeydiyyatına alınıb.

Həmçinin 2020-ci ilin yanvar ayında qeydiyyat şöbələrində 1 467, fevral ayında 1 493, mart ayında isə 980 nikahın pozulması dövlət qeydiyyatına alınıb.