Faiq Həsənov “Şərəf” ordeni ilə təltif edilib

13 Aprel 2020 14:09 (UTC+04:00)

Faiq Həsənov “Şərəf” ordeni ilə təltif olunub.

Mövqe.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasında idman sahəsinin inkişafında xüsusi xidmətlərinə görə Faiq Zülfüqar oğlu Həsənov “Şərəf” ordeni ilə təltif edilib.