TƏBİB tibbi maskalardan istifadə qaydalarını açıqladı

13 Aprel 2020 19:33 (UTC+04:00)

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) tibbi maskalardan istifadə zamanı diqqət edilməli olan məqamları açıqlayıb.

Mövqe.az xəbər verir ki, TƏBİB-dən APA-ya verilən məlumatda deyilir ki, tibbi maskanın burun, ağız və çənəni örtən hissəsinə heç bir zaman toxunulmamalıdır. Təsadüfən toxunularsa, əllər ən azı 20 saniyə su və sabunla yuyulmalı və ya spirt tərkibli məhlulla dezinfeksiya olunmalıdır. Tibbi maska istifadə zamanı çirklənib, nəmlənib və ya cırılıbsa, mütləq yenisi ilə dəyişdirilməlidir. Tibbi maskalar qətiyyən ortaq istifadə edilməməlidir. İstifadə edilmiş tibbi maskanın çirklənmədiyi düşünülsə də, əsla təkrar istifadə olunmamalıdır.