Juventus-dan Fiorentina-nın oyunçusuna 50 milyon avro

13 Aprel 2020 20:03 (UTC+04:00)

Juventus Fiorentina-nın futbolçusu üçün hərəkətə keçir.

Goal.az xəbər verir ki, “qoca sinyora” Fiorentina-nın yarımmüdafiəçisi Federiko Kyezanı heyətinə qatmaq niyyətindədir. Turin klubunun 22 yaşlı Kyeza üçün qarşı tərəfə 50 milyon avro təklif etdiyi bildirilir.

Fiorentina ilə müqaviləsi 2022-ci ilin iyununda başa çatacaq italiyalı futbolçu Manchester United, PSG, İnter kimi klubların da maraq dairəsindədir. O, cari mövsümdə iştirak etdiyi 26 oyunda 7 qolla yadda qalıb.