Bu da 100 mega piksellik kamera

10 İyul 2013 15:59 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Çində 100 mega piksellik kamera təkmilləşdirilib. Çin Elmlər Akademiyasından edilən şərhdə, optik və elektron İnstitutunda inkişaf etdirilən kameranın ölkədəki ən yüksək pikselə sahib kamera olduğu qeyd edilib. IOE3-Kanban adlı kameranın 10,240 x 10,240 piksel görünüş çıxarma tutumuna malik olduğu deyilib.Həmçinin kameranın kiçik və yüngül olduğu deyilib. Kameranın ən geniş hissəsinin19,3 santimetr olduğu , cihazın-20-dən 55 dərəcə istiliyə qədər istifadə edilə edilə biləcəyi açıqlanıb. Həmçinin Xəritəçəkmə, şəhər planlaması, fövqəladə hal izləmə kimi sahələrdə də istifadə ediləcəyi ifadə edilən kameranın inkişaf etmiş optik sistemi olduğu, yüksək tutumda data qeydiyyat sistemi olduğu bildirilir. İnstitut son olaraq 2001-2005 illəri arasında 81 megapiksellik bir kamera inkişaf etdirmişdi.