Azərbaycana gələn turistlərin sayı 64 faizə yaxın azaldı- Koronavirusa görə

13 Aprel 2020 17:43 (UTC+04:00)

Təəssüflər olsun ki, koronavirus epidemiyası turizm sahəsi üzrə rəqəmlərə də təsir edib. Mart ayında Azərbaycana gələnlərin sayında 64 faizə yaxın azalma müşahidə edilib.

Mövqe.az-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.

Onun sözlərinə görə, martda Azərbaycana 93 min nəfər gəlib:

“Bu isə 153 min daha az turistin gəlməsi deməkdir. Nəzərə alaq ki, martın müəyyən bir dövründə sərhədlər açıq idi və gediş-gəlişə maneələr yox idi. Aprel ayında biz bu göstəricinin daha da azalaraq sıfıra enəcəyini gözləyirik”.