Bakı Media Mərkəzindən koronavirusla mübarizə tədbirlərinə növbəti dəstək - VİDEO

13 Aprel 2020 19:33 (UTC+04:00)

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. 

Mövqe.az xəbər verir ki, videoçarxda hüquq-mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətində fəaliyyətinə dəstək olunması, virusa yoluxma riskini azaltmaq üçün xüsusi krantin rejimi qaydalarına ciddi riayət edilməsi və vətəndaşların evdə qalmasının vacibliyi xüsusi vurğulanır.