Türkiyədə yenidən komendant saatı tətbiq ediləcək

13 Aprel 2020 21:06 (UTC+04:00)

"Türkiyədə vətəndaşların küçəyə çıxmasına yenidən qadağa tətbiq ediləcək".

Mövqe.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, qadağa aprelin 17-si gecə saatlarından başlayacaq və aprelin 19-u bazar günü gecəyə kimi davam edəcək: "Əgər zərurət yaransa, bu qadağa növbəti həftələrdə də davam edəcək".