“Koronavirusun dünyanı hansı bəladan xilas etdiyini bilsəz..."

14 Aprel 2020 09:09 (UTC+04:00)
İnsanlar koronavirusa görə əslində şükr etməlidirlər. Bu virus bütün insanlığı böyük qlobal bir bəladan xilas edib. Mövqe.az medicina.az-a istinadən bildirir ki, bu sözləri tanınmış rusiyalı astoloq, veda numeroloq Alla Novokreşenova açıqlayıb. Astroloq FAH agentliyinə verdiyi açıqlamada pandemiyanın dünyanı iri miqyaslı, azı 15 ölkənin qoşulacağı müharibədən xilas etdiyini bildirib. Alla bildirib ki, hazırda planetar xəritədə Mars öndədir və çox güclüdür. O Saturnla birləşib. "Planetlərin ötən ilin sonundan və 2020 əvvəlindən vəziyyəti müharəbini göstərirdi. Bunu illər öncə də bir çox astroloqlar bildirib. Açığı biz dəhşətli müharibə anonsu gözləyirdik, amma koronavirus hamını tərs köşəyə saldı. Marsın Saturna birləşməsi tarix boyu müharibə vəziyyəti demək olub.