İnsine karyerasını "Napoli"də davam etdirəcək

14 Aprel 2020 09:05 (UTC+04:00)
İtaliyanın "Napoli" futbol klubunun forvardı Lorenzo İnsine agent Mino Rayola ilə əməkdaşlığı dayandırıb. Mövqe.az-ın məlumatına görə, bu barədə "Futbol Italia" portalında məlumat verilib. 28 yaşlı futbolçunun bu qərarına səbəb karyerasının sonuna qədər "Napoli" də qalmaq istəyi olub. "Napoli"nin kapitanı müştəriləri fransalı Pol Pogba və isveçli Zlatan İbragimoviç kimi oyunçular olan M.Rayola ilə 2018-ci ildən əməkdaşlıq edib. L.İnsine 2009-cu ildən "Napoli" komandasının oyunçusudur. Klubda oyunu zamanı onun hesabında 336 matç, 86 qol və 72 faydalı ötürmə var. Futbolçu klubla birlikdə İtaliya kuboku və Superkubokunu qazanıb, İtaliya millisində isə forvard 34 oyun keçirib və yeddi qol vurub.