Almatıda bir gündə 100-dən çox tibb işçisi koronavirusa yoluxub

14 Aprel 2020 11:10 (UTC+04:00)
Qazaxıstanın keçmiş paytaxtı Almatıda son sutkada koronavirusa yoluxan 174 nəfərdən 116-sı tibb işçisidir. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Almatı şəhər İctimai səhiyyə idarəsinin rəhbəri Tleuxan Abildayev bildirib. Onun sözlərinə görə, şəhərdə koronavirusa 346 yoluxma halı qeydə alınıb. T.Abildayev deyib ki, tibbi işçiləri arasında 30-dan artıq yoluxma hadisəsi aşkarlandığından aprelin 13-dən Almatı Şəhər Mərkəz Klinik Xəstəxanası karantinə bağlanıb. Xatırladaq ki, Qazaxıstanda koronavirusdan 1 179 yoluxma və 14 ölüm hadisəsi qeydə alınıb. Qazaxıstanda aprelin sonunadək fövqəladə vəziyyət rejimidir.