NATO Müdafiə nazirlərinin videokonfransı keçiriləcək

14 Aprel 2020 12:23 (UTC+04:00)
NATO Müdafiə nazirlərinin videokonfransı keçiriləcək. Mövqe.az-ın NATO-nun rəsmi saytına istinadən verdiyi xəbərə görə, videokonfrans aprelin 15-də baş tutacaq. Videokonfransa İsveç və Finlandiyanın Müdafiə nazirləri və Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell də qatılacaq. Konfransda COVID-19 və hərbi alyansın böhrana cavab mexanizmləri müzakirə olunacaq.