İsraildə ictimai nəqliyyat tamamilə dayandırılacaq

14 Aprel 2020 12:35 (UTC+04:00)

İsraildə komendant saatının tətbiq edilməsi çərçivəsində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.

Mövqe.az oxu.az-a istinadən xəbər verir ki, nəqliyyat bazar ertəsi gününün axşamından başlayaraq, cümə axşamının səhərinədək fəaliyyət göstərməyəcək.

Son günlər koronavirus pandemiyası ilə bağlı bir çox ölkə komendant saatı tətbiq etməyə məcbur olub.