"Virusa yoluxan bütün oyunçularımız..."

14 Aprel 2020 15:10 (UTC+04:00)
"Virusa yoluxan bütün oyunçularımız..." - Ranyeri Sampdoria-nın koronavirusa yoluxan bütün futbolçuları sağalıb. Goal.az xəbər verir ki, bu barədə İtaliya klubunun baş məşqçisi Klaudio Ranyeri məlumat verib: "Virusa yoluxan bütün oyunçularımız sağalıblar. Onlarla vaxtaşırı əlaqə qurmaq fürsətim oldu". Qeyd edək ki, ilk olaraq Sampdoria-nın hücumçusu Manolo Qabbyadini koronavirusa aşkarlanmışdı. Klubda ümumilikdə 6 futbolçunun koronavirus testi müsbət çıxmışdı.