Koronavirus pandemiyasına görə bir çoxları kimi karantində qalan məşhur braziliyalı futbolçu Neymar “7-ci koğuşdakı möcüzə” filmini izləyib.
Mövqe.az xəbər verir ki, təəssüratlarını instaqram izləyiciləri ilə bölüşən futbolçu uşaq kimi ağladığını etiraf edib.
“Övladı olanlar indi nələr düşündüyümü anlayar. Və övladı olmayanlar üçün deyirəm: bu, saf bir sevgidir. Nə film idi amma… Uşaq kimi ağladım. Çox ağır idi”, - Neymar qeyd edib.
Qeyd edək ki, “7-ci koğuşdakı möcüzə” filmi Türkiyə istehsalıdır. Rejissorluğunu Mehmet Ada Öztekinin etdiyi filmin baş rolunda Aras Bulut İynemli oynayıb. 2019-cu ildə 5,3 milyon nəfər tərəfindən izlənərək Türkiyədə ilin rekordunu qırmışdı.
Xatırladaq ki, Neymarın Davi Lukka adlı oğlu var. O, 2011-ci ildə dünyaya gəlib.