"Yıxılıb durmağın ayrı ləzzəti..." - Aygün Kazımova

14 Aprel 2020 20:25 (UTC+04:00)
Xalq artisti Aygün Kazımova İTV-də yayımlanan "Gəl, qonaq ol" verilişində iştirak edib. Teleqraf.com xəbər verir ki, evindən canlı efirə qoşulan Aygün Kazımova karantini belə keçirdiyini açıqlayıb: "Hər birimiz pozitiv olmalıyıq. Mən evə bağlı insanam. Karantin rejimi mənə elə bir depressiv təsir etmir. Çünki işim bitən kimi evdə olan insanam. Evdə də özümə elə şərait qurmuşam ki, darıxmıram. Bilirsiniz ki, səhnəyə gəlməzdən öncə idmanla məşğul olmuşam. Evdə idman alətlərim var. Evdə qızım və iki itim var. İtlərim də mənim üçün ailə üzvü kimidir. Onlara heyvan kimi baxmıram. Karantin bizə özümüzü düşünmək üçün çoxlu vaxt verdi. İnsan özünü analiz edir. Elə bir qrafikdə işləyirik ki, buna vaxtımız olmurdu. İndi etdiklərimi düşünürəm və xasiyyətimi analiz edirəm. Bu olanlardan ancaq pozitiv şeylər götürürəm". Xalq artisti idman edərkən aparıcı Saleh Bağırovun "Ehtiyatlı olun, yıxıla bilərsiniz!" fikrinə isə "Narahat olmayın, o vəziyyətdən çıxmaq ancaq mənə aiddir. Yıxılıb durmağın öz ləzzəti var" deyə cavab verib. Qeyd edək ki, xalq artisti Tünzalə Ağayeva "Gəl, qonaq ol" verilişində qonaq olarkən idman zamanı yıxılmışdı.