Bakı Olimpiya Stadionu Avropanın ən böyük arenaları siyahısında

15 Aprel 2020 10:39 (UTC+04:00)

Avropanın ən böyük futbol arenaları barədə araşdırma aparılıb. 

Mövqe.az xəbər verir ki, "Arabic.sport360" qitədəki ən böyük stadionların adlarını açıqlayıb. 

Siyahıda Bakı Olimpiya Stadionu (BOS) da yer alıb. BOS 30 arenanın arasında azarkeş tutumuna (68700) görə 17-ci sırada göstərilib.

99 min 354 azarkeş tutumuna malik İspaniya "Barselona"sının "Nou Kamp" stadionu birinci, İngiltərədəki 90 min yerlik "Uembli" stadionu ikinci yerdə qərarlaşıb.

İlk "3-lüy"ü Almaniyanın "Borussiya" (Dortmund) komandasının ev oyunlarını keçirdiyi "Siqnal İduna Park" qapayır - 81 359 tamaşaçı.