Atletico Madrid-dən Manchester United-ə

15 Aprel 2020 16:00 (UTC+04:00)
Atletico Madrid-in yarımmüdafiəçisi Saul Niqez karyerasını Premyer Liqada davam etdirə bilər.

 

Goal.az xəbər verir ki, Manchester United oyunçunun xidmətində maraqlıdır.

Məlumata görə, “qırmızı şeytanlar” futbolçu üçün 70 milyon avro ödəməyə hazırdır. Mançester təmsilçisi 25 yaşlı ispaniyalıya həftəlik 200 min funt sterlinq maaş təklif edəcək. Bu, yarımmüdafiəçinin Atletico-da qazandığından iki dəfə çoxdur.

Qeyd edək ki, Saul bu mövsüm Atletico-da 37 matç keçirib və 4 qol vurub.