Ağsuda avtomobil 5 yaşlı uşağı vurub öldürdü

15 Aprel 2020 16:41 (UTC+04:00)

Ağsu rayonu ərazisində “VAZ-21074” markalı avtomobillə yolu keçən 5 yaşlı G.Əsədova vurulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, aprelin 14-də saat 17 radələrində Ağsu rayonunun Cəfərli kəndi ərazisində kənd sakini E.Qiyasov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmkəndlisi 5 yaşlı Gülər Əsədovanı vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Ağsu RPŞ tərəfindən araşdırma aparılır.