“Nicat Dağların müalicəsi ilə bağlı bütün məsələlər dövlət hesabına həyata keçiriləcək”

11 İyul 2013 11:28 (UTC+04:00)

"Dünən cənab prezident mətbuatdan jurnalist Nicat Dağların müalicə məsələsi ilə bağlı səslənən təklifləri, fikirləri eşidən kimi dərhal tapşırıq verib".


 Mövqe.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

 

O qeyd edib ki, bununla bağlı dünən Mətbuat Şurasının sədri Əflatun Amaşovla əlaqə saxlanılıb, lazımi tapşırıqlar verilib: "Düşünürük ki, bu günlərdə Nicat Dağların müalicəsi ilə bağlı bütün məsələlər cənab prezidentin təşəbbüsü ilə dövlət hesabına həyata keçiriləcək".