Yevlaxda ölümlə nəticələnən yol qəzası olub

16 Aprel 2020 09:32 (UTC+04:00)

Yevlax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, qəzanın qeydə alınıdığı əraziyə Dövlət Yol Polisi əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Qəzanın təfərrüatları araşdırılır.