“Düşünürəm ki, qurultaydan sonrakı dövrdə mediamız bütün problemlərdən azad olacaq”

11 İyul 2013 11:41 (UTC+04:00)

"Bu gün mediamızın inkişafında yeni tendensiyalar müşahidə olunur. Azərbaycan jurnalistlərinin VI qurultayı jurnalistlərin peşəkarlaşması, neqativ proseslərin tədricən jurnalistikamızdan sıxışdırılıb çıxarılması və mətbuatın demokratiyası dövrünə təsadüf edir". Mövqe.az-ın xəbərinə görə, bunu Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, qurultayda səslənən fikirlər, təkliflər, müzakirələr bütövlükdə azad sözə, mətbuatın sosial problemlərinin həllinə, maddi-texniki bazasının yüksəlməsinə, mətbuat-dövlət münasibətlərinin inkişafına rəvac verəcək: "Düşünürəm ki, qurultaydan sonrakı dövrdə mediamız rastlaşdığı bütün problemlərdən azad olacaq".