Atasını məhkəməyə verdiyi qızla barışdı

11 İyul 2013 12:53 (UTC+04:00)

Atasını məhkəməyə verdiyi qızla barışdı

Türkiyəli müğənni Rafet El Roman keçmiş nişanlısı Cerenlə yenidən barışıb. 

Axşam.az-ın məlumatına görə, birlikdə paparatsilərin fotokamerasına tuş gələn cütlük medianı görərkən təəccüblənib. 

Barışdıqlarını qeyd etmək üçün restorana yolanan Rafet və Ceren əyləncəli vaxt keçirib. Cütlük jurnalistlərin suallarına cavab vermədən hadisə yerindən uzaqlaşıb.

Qeyd edək ki, bir müddət əvvəl Rafet Cerenin atasını "köməkçisini hamilə buraxan adamdan qızımın ayrılmasına sevinirəm" açıqlamasına görə məhkəməyə vermişdi. 

Müğənni qaynatasından 100 min lirə təzminat istəmişdi.