Gömrükçülər daha 80 ailəyə yardım ediblər

16 Aprel 2020 14:05 (UTC+04:00)

Dövlət Gömrük Komitəsinin əməkdaşları koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi dövründə daha 80 ailəyə yardım ediblər.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Mövqe.az-a verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsi və idarənin “Biləsuvar” gömrük postunun, DGK İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıblar.

Gömrük əməkdaşları, eyni zamanda, ailələrlə profilaktik söhbətlər aparıb, xüsusi karantin rejimi dövründə evdə qalmalarını tövsiyə ediblər.