Bakıda karantin qaydalarını pozan usta cərimələndi

16 Aprel 2020 16:37 (UTC+04:00)

Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunmasına baxmayaraq bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir.

DİN-in Mətbuat Xidmətindən Mövqe.az-a bildirilib ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Badamdar qəsəbəsi ərazisində avtomobil təmiri sexində karantin qaydalarının pozulduğu məlum olub.

Polis əməkdaşları tərəfindən həmin sexdə işləyən paytaxt sakini Fəqan Məmmədov Səbail RPİ-nin 41-ci Polis Bölməsinə gətirilib. Xüsusi karantin qaydalarını pozan şəxs barəsində məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 200 manat miqdarında cərimə edilib.