Kürdəmirdə sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb

17 Aprel 2020 09:30 (UTC+04:00)

Kürdəmirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Babək prospektində qeydə alınıb.

Rayonun Atakişili kənd sakini, 1988-ci il təvəllüdlü İbrahimov Niyaməddin Həbib oğlu yolu keçmək istəyərkən onu “VAZ-2107” markalı avtomobil vurub.

Yaralı ətrafdakıların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya şöbəsinə yerləşdirilib. Qeyd edək ki, hadisəni törədən avtomobilin sürücüsü ərazidən qaçıb. Hazırda rayon polis şöbəsinin DYP bölməsinin əməkdaşları onun tapılması istiqamətində tədbirlər görür.

Faktla bağlı araşdırma aparılır.