Aygün Kazımovanın albomu 5.99 dollara satılır

11 İyul 2013 13:17 (UTC+04:00)
Xalq artisti Aygün Kazımovanın dünya ulduzu Snup Doqla birgə ifa etdiyi "Coffee from Columbia" dueti iTunes vasitəsilə təqdim edilib.

Mövqe.az-ın məlumatına görə, bəstənin yer aldığı alboma mahnının 12 müxtəlif versiyası daxil olunub.

Müğənninin albomunu əldə etmək üçün 5,99 dollar ödəmək lazımdır. 

Qeyd edək ki, yeni olmasına baxmayaraq "Coffee from Columbia" ən çox satılan albomlar sırasında birinci yerdədir.