Milli Məclis Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “seçkilər”ə münasibət bildirmədiyinə görə Avropa Şurası Parlament Assambleyasına etiraz məktubu göndərib.
Mövqe.az-ın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
S.Qafarova bildirib ki, AŞPA-nın bu qondarma “seçkilərə” münasibət bildirməməsi təəssüf doğurur.
S.Qafarova həmçinin anti-milli qüvvələri tənqid edib. O qeyd edib ki, həmin anti-milli qüvvələr ermənilərin maraqlarına xidmət edirlər.