Kürdəmirdə ölümlə nəticələnən yol qəzası olub

17 Aprel 2020 11:55 (UTC+04:00)

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, aprelin 17-də saat 2 radələrində rayonun Atakişili kəndi ərazisində Şahsevən kənd sakini M.İbadov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən kənd sakini Taleh Mahmudovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.