Mövsümün ən sürətli futbolçusu müəyyənləşdi

17 Aprel 2020 14:41 (UTC+04:00)

Fransanın Le Figaro nəşri bu mövsüm ən sürətli qaçan 3 futbolçunun adını açıqlayıb.

Goal.az xəbər verir ki, siyahının ilk pilləsində PSG-nin futbolçusu Kilian Mbappe yer alıb. Fransız hücumçu bu mövsüm qarşılaşmaların birində 36 km/saat sürətlə qaçıb.

Siyahının ikinci sırasında Athletic-dən İnyaki Uilyams (35,7 km/saat), üçüncüdə isə Arsenal-dan Pyer-Emerik Obameyanq (35,5 km/saat) qərarlaşıb.