Ordumuzun əsgəri yaralanıb

11 İyul 2013 13:45 (UTC+04:00)

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissənin əsgəri, 19 yaşlı Şəmsəddin Arzu oğlu İsgəndərov tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Məlumata görə, əsgər tabeliyindəki silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində qarın nahiyəsindən

xəsarət alıb. Hazırda onun vəziyyəti kafidir.

 

Fakt üzrə cinayət işi başlanıb, araşdırma gedir.  

 

Qeyd edək ki, Ş. İsgəndərov Bərdə rayonundan hərbi xidmətə çağırılıb.